Emin Əfəndi “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə təyin olundu
“Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə yeni təyinat olub. Bundan sonra bu vəzifəni Emin Əfəndi icra edəcək.
15 noyabr 1978-ci ildə anadan olan Emin Əfəndi 1996-cı ildə 210 nömrəli məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub.
Peşəkar karyerasına ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan “De, Gəlsin” meyxana verilişinin aparıcısı, daha sonra “Space TV”də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub. 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsif heyətində yer alıb. Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
Hazırda Azərbaycan Respublikasının xalq artisti Miri Yusifin prodüseri olan Emin Əfəndi bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, cənab Prezident!
Klub 24 dekabr 2024, 00:00 -
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
Klub 12 dekabr 2024, 00:00 -
“Neftçi” PFK “MatchWornShirt” ilə əməkdaşlığa başlayır!
Klub 6 dekabr 2024, 18:49 -
Olimpiya çempionu Hidayət Heydərov “Neftçi” Futbol Mərkəzində
Klub 29 noyabr 2024, 16:38