27 sentyabr – Anım Günüdür

27 sentyabr 2023, 00:00

Bu gün Vətən müharibəsinin başlamasından 3 il ötür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!