“Neftçi-2”dən ardıcıl dördüncü qələbə

24 sentyabr 2023, 19:03

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl dördüncü qələbəsini qazanıb. “Ağ-qaralar” 7-ci turda “Zirə-2”ni 3:1 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşün 8-ci dəqiqəsində Yelmar Aşurov avtoqol müəllifi olub. Daha sonra Bahadur Quliyev (32-ci dəqiqə) və İsmayıl Zülfüqarlı (45+2-ci dəqiqə) fərqləniblər. Rəqibin qolunu isə Raul Nağıyev (90+1-ci dəqiqə) vurub.

Qeyd edək ki, “Neftçi-2” 7 oyundan 18 xalla liderliyini davam etdirir.