“Neftçi-2” böyükhesablı qələbə ilə zirvədə möhkəmləndi

17 sentyabr 2023, 21:12

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 6-cı turda “Araz-Naxçıvan-2”ni 3:0 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda baş tutan görüşdə komandamızın qollarını Bahadur Quliyev (19-cu dəqiqə), Həbib İsmayılov (58-ci dəqiqə) və Hüseyn Babayev (66-cı dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 6 oyundan 15 xalla turnir cədvəlində 1-ci yeri tutur.