
“Araz-Naxçıvan”la matça İnqilab Məmmədov təyin olundu
Premyer Liqada 6-cı turun təyinatları açıqlanıb. “Araz-Naxçıvan” – “Neftçi” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Pərvin Talıbov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Cəmil Quliyev, hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” oyunu sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər”
A Komanda 10 fevral 2025, 22:13 -
Zirədə əzmkar qələbə!
A Komanda 10 fevral 2025, 21:24 -
“Zirə” ilə matçın hazırlığı başa çatdı
A Komanda 9 fevral 2025, 18:23 -
Samir Abasov: “Bu matç bizə yaxşı motivasiya və ümid verdi”
A Komanda 5 fevral 2025, 18:58