“Neftçi-2” Sumqayıtda zirvəyə yüksəldi

3 sentyabr 2023, 20:33

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 5-ci turda “Sumqayıt-2”ni 2:1 hesabı ilə məğlub edib. “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan görüşdə komandamızın qollarını Bahadur Quliyev (5-ci dəqiqə) və Ağadadaş Salyanski (16-cı dəqiqə) vurublar. Rəqibin heyətində isə penalti zərbəsindən Uğur Cahangirov (75-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 5 oyundan 12 xalla turnir cədvəlində 1-ci yerə yüksəlib.