“Neftçi-2” lideri devirdi

28 avqust 2023, 20:50

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 4-cü turda “Qəbələ-2”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu “Neftçi” Futbol Mərkəzində baş tutan görüşün 59-cu dəqiqəsində Bahadur Quliyev vurub.

Qeyd edək ki, “Neftçi-2” bu turadək lider olan “Qəbələ-2” üzərində qələbədən sonra 9 xalla turnir cədvəlində 2-ci yeri tutur. Eyni xala malik qəbələlilər 3-cü, 10 xalı olan “Zirə-2” 1-cidir.