“Qəbələ” ilə matçın biletləri satışa çıxarıldı

23 avqust 2023, 10:20

Premyer Liqanın 4-cü turu çərçivəsində avqustun 27-si saat 18:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qebele-fk7/99348

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.