“Neftçi-2” mövsümdə ilk dəfə məğlub oldu

21 avqust 2023, 20:40

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 3-cü turda “Sabah-2”nin qonağı olub. “ASK Arena”da baş tutan görüşdə meydan sahibləri qələbə qazanıblar – 1:0.

Qeyd edək ki, mövsümdə ilk dəfə məğlub olan “Neftçi-2” 3 oyundan 6 xalla turnir cədvəlində 4-cü yeri tutur.