U-17 komandamız “Aspire” ilə yoldaşlıq oyunu keçirəcək

18 avqust 2023, 17:07

“Neftçi” PFK-nın U-17 komandası Qəbələ şəhərində təlim-məşq toplanışında olan Qətərin “Aspire” İdman Akademiyasının 2006-2007-ci il təvəllüdlü futbolçulardan ibarət komandası ilə yoldaşlıq matçı keçirəcək. Avqustun 19-da Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 09:30-da start götürəcək. Oyunun videoyazısını avqustun 20-si saat 14:30-da “Neftçi TV” vasitəsilə izləyə bilərsiniz.

Qeyd edək ki, əsası 2004-cü ildə qoyulan, Asiyanın ən yaxşı idman akademiyalarından biri hesab olunan və Qətər yığmalarının bazası sayılan “Aspire” Qəbələ toplanışına avqustun 4-də başlayıb. Ayın 23-dək davam edəcək hazırlıq prosesində 2006-2011-ci il təvəllüdlü futbolçular iştirak edirlər.