“Neftçi-2”dən böyükhesablı qələbə

15 avqust 2023, 20:00

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 2-ci turda “Səbail-2”ni 4:0 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə Aşqin Abazərov dubla imza atıb. Digər qolları David Orucov və Həbib İsmayılov vurublar.

Qeyd edək ki, “Neftçi-2” 2 oyundan 6 xalla turnir cədvəlində 2-ci yeri tutur.