“Neftçi”nin futbolçusu U-15 milli komandasında

16 avqust 2023, 11:14

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Millimiz turnir çərçivəsində avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Millimiz turnirə hazırlıq məqsədilə avqustun 16-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi”nin futbolçusu Səttar Tahirzadə dəvət olunub. Bakı toplanışından sonra isə turnir üçün yekun heyət müəyyənləşəcək.