“Neftçi” Boris Xetaqurovu təbrik etdi

14 avqust 2023, 16:43

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov 83 yaşını qeyd edən “Neftçi”nin canlı əfsanəsi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovu doğum günü münasibətilə təbrik edib. Səbəbkara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib. Dəvətə görə baş icraçı direktora təşəkkürünü bildirən Xetaqurov isə uzun illər saxladığı “Neftçi” talismanını Fərrux müəllimə hədiyyə edib, yeni vəzifəsində ona və yeni mövsümdə komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Boris Xetaqurov 1965-2003, 2011-2015-ci illərdə “Neftçi”də çalışıb.