“Neftçi” və “Beşiktaş” rəhbərləri arasında rəsmi görüş olub

10 avqust 2023, 16:43

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq “Neftçi” – “Beşiktaş” oyunu ərəfəsində keçirilən rəsmi yeməkdə hər iki klubun rəhbəri bir araya gəlib. Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim edib.