“Neftçi-2” Əvəzedicilər Liqasına qələbə ilə başladı

7 avqust 2023, 20:15

Əvəzedicilər Liqasına start verilib. Ötən mövsüm I Divizionu 2-ci pillədə başa vuran “Neftçi-2” ilk turda “Kəpəz-2”nin qonağı olub. Gəncə şəhər stadionun ehtiyat meydançasında baş turan görüşdə “ağ-qaralar” qələbə qazanıb – 2:1. Komandamızın heyətində David Orucov və Hüseyn Babayev fərqləniblər.