“Neftçi” rəhbəri Bəxtiyar Musayevi təbrik etdi

4 avqust 2023, 17:35

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Bəxtiyar Musayevi 50 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Bəxtiyar Musayev 1991-1996, 1998-2002, 2005-2006-cı illər ərzində “Neftçi”nin heyətində 218 oyun keçirib, 33 qol vurub. “Ağ-qaralar”la Azərbaycan çempionatının (1992), kubokunun (1995, 1999) və Superkubokunun (1993, 1995) qalibi olmuş Musayev “Neftçi”də seleksiyaçı məşqçi vəzifəsində də çalışıb.