“Beşiktaş”la oyuna media nümayəndələrinin qeydiyyatı başlandı

4 avqust 2023, 16:45

“Neftçi” PFK-nın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da Türkiyənin “Beşiktaş” klubu ilə keçirəcəyi matça media nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi media

3. Vəzifə

4. Şəkil (mütləqdir)

5. 2023/2024 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (Akkreditasiya mütləqdir. Akkreditasiyanı göndərməyən şəxslər qeydiyyatdan keçə bilməyəcək)

6. Xarici media orqanlarının təmsilçilərindən PFL akkreditasiyası tələb olunmur.

7. Mətbuat konfransı otağında yerlər məhdud olduğu üçün mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar.

8. PFL qeydiyyatından “Bloger” kimi keçənlərin mətbuat konfransı üçün müraciəti qəbul olunmayacaq.

9. Bu məlumatlar avqustun 6-sı saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Saat 18:00-dan sonra göndərilən heç bir müraciət qəbul olunmayacaq. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 09.08.2023-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Neftçi Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız media nümayəndələri stadiona buraxılmayacaqlar.