Ev stadionumuz “Neftçi Arena” adlandırılacaq

4 avqust 2023, 15:26

“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionu – “Bakcell Arena”nın adı rəsmi olaraq dəyişdirilib. Stadion bundan sonra “Neftçi Arena” adlandırılacaq.

Qeyd edək ki, 2012-ci il sentyabrın 14-də açılışi olan və 11000 azarkeş tutumuna malik stadionda qısa müddətdə demontaj və montaj işləri aparılacaq.