“Neftçi”nin 2 üzvü U-17 milli komandasında

1 avqust 2023, 13:37

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq. Millimiz hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Bu oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq. Hazırlıq prosesinə “Neftçi”nin 2 üzvü – Məhəmməd İmaməliyev və Elvin Qurbanov dəvət olunublar. Gündəlik məşqlərdən sonra isə yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.