“Neftçi” – “Jelezniçar” oyununun biletləri satışda

28 iyul 2023, 20:47

UEFA Avropa  Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-jeleznicar-fk/97161

8-ci km stadionunun kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.