“Neftçi”dən növbəti transfer

25 iyul 2023, 01:30

“Neftçi” növbəti transferini həyata keçirib. Fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı sağ cinah müdafiəçisi komandamızın heyətində 99 nömrəli formanı geyinəcək.

Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Kiprin “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.