“Neftçi” PFK-nın prezidenti komanda üzvləri ilə görüşüb

24 iyul 2023, 22:00

“Neftçi” PFK-nın bu gün təyin olunan prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb. Klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə komandanın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və “ağ-qaralar”a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.