Qara Qarayev “Neftçi”də!

24 iyul 2023, 20:00

“Neftçi” transfer işlərini davam etdirir. Bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi komandamızın heyətində 2 nömrəli formanı geyinəcək.

Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.