Vadar Nuriyevə təşəkkür edirik

24 iyul 2023, 18:15

“Neftçi” PFK klubun seleksiya şöbəsinin üzvü Vadar Nuriyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 51 yaşlı mütəxəssisə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev 2020-ci ilin iyulundan noyabrınadək əsas komandamızda köməkçi məşqçi, 2021-ci ilin fevralından indiyədək isə klubun seleksiya şöbəsində çalışıb.