“Jelezniçar”la oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı

21 iyul 2023, 11:00

“Neftçi” PFK-nın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə “Bakcell Arena”da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad

2. Təmsil etdiyi KİV

3. Vəzifə

4. Şəkil

5. 2022/2023 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar iyulun 27-si saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.

Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 02.08.2023-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Bakcell Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.