“Neftçi” və “Spartak” arasında memorandum imzalanıb

18 iyul 2023, 21:00

“Neftçi” PFK ilə Rusiyanın “Spartak” (Moskva) klubu arasında 2 illik memorandum imzalanıb. Bununla bağlı bu gün hər iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib. Memorandum əsasında iki klub arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, 1922-ci ilin aprelin 18-də yaradılan “Spartak” Rusiyada xalqın komandası sayılır və ölkənin ən titullu klubudur.