“Aqua Life” markası yeni su təminatçımız oldu

12 iyul 2023, 17:00

“Maximus” MMC “Neftçi” Peşəkar Futbol Klubunun yeni sponsoru oldu. Bu mövsümdən şirkətin təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunda yerləşən istehsal sahəsində qablaşdırılan “Aqua Life” markalı mineral suları ilə komandalarımızın su təminatı qarşılanacaq.

Müqavilənin detalları haqqında və digər məsələlərlə əlaqədar yaxın günlərdə keçiriləcək müqavilənin imzalanma mərasimində ictimaiyyətə ətraflı məlumat veriləcək.