Hər şey üçün təşəkkürlər, Voislav Stankoviç!

10 iyul 2023, 19:02

Müdafiəçi Voislav Stankoviçlə başa çatan müqavilə yenilənməyib. 35 yaşlı serbiyalı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2019-cu ilin iyulundan “Neftçi”də çıxış edən Stankoviç geridə qalan 4 mövsüm ərzində 97-si çempionat (7 qol), 11-i kubok (1 qol), 18-i avrokubok olmaqla 126 matçda meydana çıxıb, 8 qola imza atıb.