Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəldi

2 iyul 2023, 14:19

“Matç TV Kuboku” çərçivəsində iyulun 1-də “Qazprom Arena”da keçirilmiş “Zenit” – “Neftçi” matçının sonlarında zədələnmiş futbolçu Aqil Məmmədovun sağlamlıq durumuna aydınlıq gəlib. “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bununla bağlı məlumat verib:

“Aqil oyun zamanı epiqastral nahiyəyə kəskin zərbə almışdı. Hazırda vəziyyəti stabildir. Sadəcə, məşqlərdən bir neçə günlük azad olunub”.