“Neftçi” Gənclər Liqasının gümüş medallarını qazandı

29 iyun 2023, 20:55

“Neftçi” Gənclər Liqasında sonuncu oyununu keçirib. “Ağ-qaralar” 44-cü turda “Qarabağ”la qarşılaşıb. Binə qəsəbə stadionunda baş tutan matç “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın qollarını İbrahim Piriyev, Teymur Məmmədov və Enar Ağalarov vurublar. Bununla da 91 xal toplayan “Neftçi” mövsümü 2-ci yerdə başa vurub.

Bu gün “ASK Arena”da təşkil olunan mükafatlandırma mərasimində komandamızın üzvlərinə gümüş medalları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.