“Neftçi” ilk transferini rəsmiləşdirdi

28 iyun 2023, 19:30

“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib. “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı komandamızın heyətində 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil Balayev “Neftçi”dən (2011-2014) başqa “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.