U-16 Liqası: “Neftçi” mövsümü 3-cü yerdə başa vurdu

27 iyun 2023, 20:56

“Neftçi” U-16 Liqasında sonuncu oyununu keçirib. Komandamız 39-cu turda “Sumqayıt”la qarşılaşıb. “Kapital Bank Arena”da baş tutan matç “ağ-qaralar”ın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla da 39 oyundan 89 xal toplayan “Neftçi” mövsümü 3-cü yerdə başa vurub.

Bu gün “ASK Arena”da təşkil olunan mükafatlandırma mərasimində komandamızın üzvlərinə bürünc medalları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.