“Neftçi” U-15 Liqasının gümüş medallarını qazandı

25 iyun 2023, 19:53

“Neftçi” U-15 Liqasında final matçına çıxıb. “Ağ-qaralar” həlledici görüşdə “Sabah”la qarşılaşıb. “ASCO Arena”da keçirilən oyunda komandamız məğlub olub - 0:1.

Qarşılaşmadan sonra təşkil olunan mükafatlandırma mərasimində komandamızın üzvlərinə gümüş medalları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə, U-16 və U-15 milli komandalarımızın baş məşqçisi İlham Yadullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. “Neftçi”nin yarımmüdafiəçisi Elvin Vəliyev mövsümün ən yaxşı futbolçusu mükafatına layiq görülüb.