26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür

26 iyun 2023, 00:00

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaradılıb. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib.