Vato Arveladzeyə uğurlar arzulayırıq

22 iyun 2023, 15:00

Futbolçu Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib. 25 yaşlı gürcü yarımmüdafiəçiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, ötən ilin avqustunda transfer olunmuş Arveladze “Neftçi”nin heyətində 20 rəsmi oyunda meydana çıxıb.