Sezar Meza Kolli ilə müqavilə yenilənməyib

22 iyun 2023, 13:00

Yarımmüdafiəçi Sezar Meza Kolli ilə başa çatan müqavilə yenilənməyib. 31 yaşlı paraqvaylı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.