“Neftçi” “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq

21 iyun 2023, 15:30

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” bu mərhələdə “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.