SOCAR “Neftçi” PFK-nın yeni titul sponsoru olacaq

15 iyun 2023, 20:30

2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

Qeyd edək ki, 2018-ci ildə “Neftçi” PFK ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb. Qardaş ölkənin dünyaca məşhur brendinə 5 ildir yanımızda olduğuna, göstərdiyi dəstəyə görə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.