“Neftçi TV”yə platforma yayımçısı lisenziyası verilib

14 iyun 2023, 14:38

“Neftçi TV”yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Audiovizual Şuranın bu gün keçirilən iclasında aparılan müzakirələrdən sonra bu haqda qərar qəbul olunub.

Qeyd edək ki, “Neftçi Media” MMC tərəfindən Audiovizual Şuraya lisenziya alınması barədə müraciət edilmişdi. 2020-ci il iyulun 20-də yayıma başlayan “Neftçi TV” hazırda yalnız Youtube üzərindən yayımlanır.