4 futbolçumuz Türkiyə və Qırğızıstan millilərinə qarşı

12 iyun 2023, 13:00

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Millinin heyətinə “Neftçi”nin 4 üzvü – Rza Cəfərov, Fərid Yusifli, Ağadadaş Salyanski və Hüseyn Babayev cəlb olunub.