“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olundu

8 iyun 2023, 15:30

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub. 31 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.