“Neftçi” Azərbaycan Kubokunun finalında uduzdu

4 iyun 2023, 00:50

“Neftçi” Azərbaycan Kubokunda final oyununu keçirib. “Ağ-qaralar” “Qəbələ” ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan matçda komandamız məğlub olub - 0:1. Yeganə qolu əsas vaxtı qolsuz bitən matçın 102-ci dəqiqəsində penaltidən İsnik Alimi vurub.

Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi”yə gümüş medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.