“Neftçi” bürünc medallarla təltif olundu

29 may 2023, 11:30

“Neftçi” bürünc medallarla təltif olunub. “Azersun Arena”da təşkil olunan mükafatlandırma mərasimində komandamızın üzvlərinə medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, PFL-in prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada 36 oyundan 68 xal toplamaqla 3-cü yeri tutub.