“Neftçi-2” gümüş medallarına qovuşdu

29 may 2023, 11:25

“Neftçi-2” gümüş medallarına qovuşub. “Bakcell Arena”da keçirilən “Neftçi” – “Sabah” oyunundan əvvəl təşkil olunan mükafatlandırma mərasimində əvəzedici komandamızın üzvlərinə medalları PFL-in prezidenti Elxan Səmədov, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim ediblər.

Qeyd edək ki, “Neftçi-2” I Divizionda 28 oyundan 59 xal toplamaqla 2-ci yeri tutub.