Çempionatda son oyunumuzu Rəvan Həmzəzadə idarə edəcək

28 may 2023, 13:30

Premyer Liqada sonuncu – 36-cı turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək. Hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi Emin Cəfərov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Vüsal Məmmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu mayın 28-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək.