“Sabah”la oyunun hazırlığı davam edir

25 may 2023, 12:44

“Neftçi” Premyer Liqanın sonuncu – 36-cı turu çərçivəsində qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir. “Kəpəz”lə matçın ertəsi günü bərpa məşqi keçən “ağ-qaralar”a mayın 23-də istirahət verilib. Dünən növbəti oyunun hazırlığına start verən komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Sabah” qarşılaşması mayın 28-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.