Qızlardan ibarət komandamız gümüş medallarına qovuşdu

24 may 2023, 17:04

“Neftçi” PFK-nın qızlardan ibarət komandası gümüş medallarına qovuşub. “Kapital Bank Arena”da baş tutan mükafatlandırma mərasimində komandamızın üzvlərinə medalları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev, AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova və 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər. “Neftçi”nin qapıçısı Məryəm İsayeva isə “Ən yaxşı qapıçı” nominasiyasının qalibi olub.

Qeyd edək ki, 18 oyundan 42 xal toplamaqla 2-ci yeri tutan “Neftçi” çempion “Sumqayıt”dan 4 xal geri qalıb.