“Kəpəz”lə səfər oyununu Kamran Əliyev idarə edəcək

21 may 2023, 13:41

Premyer Liqada 35-ci turun təyinatları açıqlanıb. “Kəpəz” – “Neftçi” oyununun baş hakimi Kamran Əliyev olacaq. Ona Akif Əmrəli və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. Hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi Maşallah Əhmədov, VAR hakimi Rauf Cabarov, VAR hakiminin köməkçisi Pərvin Talıbov olacaq.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu mayın 21-i saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.