“Neftçi” sabah Qəbələyə yola düşəcək

19 may 2023, 13:42

“Neftçi” Premyer Liqanın 35-ci turu çərçivəsində qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Sabah Qəbələyə yola düşəcək “ağ-qaralar” oyunöncəsi son hazırlıq prosesini Qəbələ şəhər stadionunda keçəcək.

Qeyd edək ki, mayın 21-i saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Neftçi” matçı “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.