“Neftçi” “Şamaxı” ilə heç-heçə etdi

14 may 2023, 22:58

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 34-cü turda “Şamaxı” ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən matç heç-heçə nəticələnib - 1:1. 12-ci dəqiqədə komandamız hesabı açıb. Emin Mahmudovun yerinə yetirdiyi penalti zərbəsindən sonra dirəkdən qayıdan top qapıçı Rəşad Əzizliyə toxunaraq tora daxil olub. 56-cı dəqiqədə isə "Şamaxı" 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Qolun müəllifi Amil Yunanov olub.

Qeyd edək ki, artıq 3-cü yeri tutduğu rəsmiləşən “Neftçi” 34 oyundan 62 xal toplayıb.